“Xocalı faciəsini unutmayaq və unutdurmayaq” adlı ədəbi-bədii kompozisiya keçirildi

Məktəbin İllik Fəaliyyət Planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə və BŞTİ tərəfindən təsdiq olunmuş "Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planı"na əsasən fevral ayında məktəbdə müvafiq tədbirlərin görülməsi məqsədi ilə məktəbdaxili əmrlə tədbirlər planı hazırlanıb təsdiq edilmişdi. Bu məqsədlə məktəbdə silsilə tədbirlədin həyata keçirilməsi davam edir. Fevralın 24-də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xocalı faciəsini unutmayaq və unutdurmayaq” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.