"Qələbədən qələbəyə" adlı dəyirmi masa

28 May Respublika Gününə həsr olunmuş "Qələbədən qələbəyə" adlı dəyirmi masa keçirildi.Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salındı, bu haqda ətraflı məlumat verildi. Müstəqil Azərbaycanın keçdiyi şərəfli yoluna həsr olunmuş müxtəlif tarixi hadisələri özündə əks etdirən videoçarxlar nümayiş olundu.
Tədbirin sonunda çıxış edən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Arzu Alışqızı tariximizi dərindən öyrənməyi, Müstəqil Azərbaycanın daha da inkişaf etdirilməsi üçün dərslərini əla qiymətlərlə oxumağı tövsiyə etdi. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.