"Yaşa, yaşa Azərbaycan!” adlı tədbir

28 May Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan gündür. Avropanın demokratik dəyərləri ilə şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Bu gün Dövlətimiz də, bayrağımız da əmin əllərdədir. 44 günlük müharibə bir daha bütün dünyaya sübut etdi ki, bu xalq Baş Komandanın dəmir yumruğunda birləşib. Bir daha bu dövlətin kimsə müstəqilliyini, bayrağını, gerbini, himnini, dilini, dinini əlindən ala bilməz. Bu məqsədlə “Yaşa, yaşa Azərbaycan!” adlı tədbirdə 1ə sinif şagirdlərinin vətənpərvəlik mövzusunda hazırladıqları fləşmob tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla qarşılandı. Şagirdlər müxtəlif mahnılar ifa etdilər, şeirlər söylədilər.