STEAM-sərgisi

Məktəbimizdə yaradıcı düşünmə, birlikdə işləmə, tətbiq və təqdim etmə kimi bacarıqlarını inkişaf etdirmək məqsədi ilə STEAM sərgisi keçirildi.Sərgidə uşaqlar il ərzində əldə etdikləri bililkərə əsasən hazırladıqları əl işlərini nümayiş etdirdilər. Sərgidə məktəb rəhbərliyi uşaqların əl işləri ilə tanış olaraq onların təqdimatını dinlədi. Bir-birindən maraqlı işlər məktəb rəhbərliyinin və şagirdlərin marağına səbəb oldu.