Rəsm sərgisi

28 May Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Bununla əlaqədar məktəbin təsviri incəsənət müəllimi Nigar Cəfərovanın rəhbərliyi ilə rəsm müsabiqəsi təşkil olundu. Şagirlərin çəkdiyi həmin rəsmlər məktəbimizin foyesində sərgidə nümayiş olunur.