Ekskursiya

Məktəbin 1Ə sinif şagirdləri Milli Aviasiya Akademiyasının nəzdnində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyinə ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlərə Milli Aviasiyanın tarixi haqqında məlumat verildi.
Sonra şagirdlər MAA-nın nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində də oldular. Orada Heydər Əliyevin Milli Aviasiya üçün etdikləri barədə qısametrajlı sənədli filmə baxdılar və aviamodelçilik laboratoriyasında təyyarə maketlərinin hazırlanması ilə tanış oldular. Sonda şagirdlər təyyarə bələdçilərinin auditoriyasında təyyarənin model salonunu ziyarət etdilər.