Marifləndirici görüş

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir – xalqın, dövlətin gələcəyini formalaşdırmaq. Bəli, müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Məktəbin direktoru Fəttah Fəttayev bu gün gələcəyin müəllimləri, ADPU-nin təcrübəçi tələbələri ilə görüş keçirib. Onlarlamarifləndirici söhbət aparıb. Onlara sinfin idarəolunması, şagird-müəllim, müəllim-valideyn münasibətləri haqqında ətraflı danışaraq öz tövsiyələrini verib. Gələcək müəllimlərə müəllim adını daim ucatutmağı, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.