Erkən nikah

Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır.Belə ki,erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə,bir fərd kimi inkişafına mane olur,psixologiyasına mənfi təsir göstərir.Bununla bağlı məktəbimizin akt zalında tədbir keçirildi.Tədbirdə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Arzu Alışqızı, məktəbin həkimi Salmanova Sevinc, psixoloqları Cəfərova Günel, İsmayılova Muxsa şagirdlərlə maarifləndirici söhbət apardılar.Erkən nikahların cəmiyyət üçün mənfi fəsadları ola biləcəyəni və təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir,o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə biləcəyini bildirdilər.