"Ulu Öndər Heydər Əliyevin 101 iliyi " ilə əlaqədar olaraq dəyirmi masa

Azərbaycan Dövlət Pedoqoji Universteti Fizika fakültəsini Texnologiya müəllimliyi ixtisası üzrə təcrübəçi tələbələri  "Ulu Öndər Heydər Əliyevin 101 iliyi" ilə əlaqədar olaraq məktəbdə dəyirmi masa təşkil etmişdir. Burada Azərbaycan Dövlət Pedoqoji Universteti Fizika fakültəsini Əməyin texnologiyası kafedrasının baş müəllimi, təcrübəçilərin metodisti Əsbət Teymurova,Təlim - tərbiyə işləri üzrə direktor müavini Tural Taqiyev, Kitabxana müdüri Laçın Qurbanova, Uşaq birliyi rəhbəri Natavan Eyvazova, Kitabxanaçı Mehriban Əliyeva, təcrübəçi tələbələr və şagirdlər iştirak etmişdir. Dəyirmi masada ilk öncə Azərbaycanın Dövlət himni səslənmiş,  Ulu Öndər Heydər Əliyevin və torpağımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Ə. Teymurova  Heydər Əliyevin elmin və təhsilin inkişafında rolundan danışmış , təcrübəçi tələbələr Yahyazadə Xuraman və Mənaflı Həqiqət Heydər Əliyev haqqında məlumat vermişdilər. Sonda  Ulu Öndərə həsr olunmuş vidyoçarx nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi