"Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

Məktəbimizdə yuxarı sinif şagirdlərinin, müəllimlərin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndici tədbir keçirilib. Tədbirdə Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev, Nizami RPİ-nin Veteranlar Şurasının sədri Firdovsi Bayramov, Nizami RPİ-nin YYÇPİTB-nin rəisi, polis mayoru Natiq Yusifov və məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırmışlar.
Tədbirdə şağirdlərin sualları cavablandırılmış, onları maraülamdıran bir sıra məsələlərlə bağlı söhbətlər aparılmış, izahatlar verilmişdir.Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarxı nümayiş olunmuşdur.