"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Texnologiya günü" adlı tədbir

Azərbaycan Dövlət Pedoqoji Universteti  Fizika fakültəsi Texnologiya müəllimliyi ixtisası üzrə təcrübəçi tələbələrin məktəbimizdə  "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Texnologiya günü " adlı tədbir keçirilmişdir. Tədbirin ilk hissəsində şagirdlərin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində hazırlanmış əl işlərinin  və Azərbaycan milli mətbəxinə məxsus yeməklərin sərgisi nümaiş olunmuşdur. Sərgidən sonra məktəbin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamışdır.  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca  şagirdlərin hazırladıqları səhnəciklər, milli rəqslər, ifalar səsləndirilmişdir.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətnin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Bəhmən Hüseynov, YAP Nizami rayonu təşkilatının məsləhətçisi Selcan Novruzova, məktəbin direktoru Fəttah Fəttayev, direktor müavinləri Tural Tağıyev, Aysel Cəbrayıllı, Arzu Bayramova, Fizika fakultəsinin dekan muavini Xankişi Məmmədov, Fizika fakültəsini baş müəllimi təcrübəçilərin metodisti Əsbət Teymurova, Ümumi Pedoqogika kafedrasının müəllimi Firudun Məmmədov, Pedoqoji təcrübə rəhbəri Ədalət Quliyev iştirak etmişdir.Sonda tədbirdə fəal iştirak etmiş şagirdlər Təşəkkürnamə ilə təltif olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi