Qarabağ bölgəsində ekoloji problemlərlə bağlı maarifləndirici seminar

"Qarabağ bölgəsində ekoloji problemlərlə" bağlı maarifləndirici seminar keçirilib.Tədbiri giriş sözü ilə məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Arzu Alış qızı açaraq, tədbirin məqsədi haqqında məlumat verərək bildirdi ki, XXI əsrin əsas çağırışlarından biri ekoloji  tarazlığın təmin edilməsidir. Buraya təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, bərpa olunan enerji növlərinə, yaşıl və mavi iqtisadiyyata üstünlük verilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar emal və digər məsələlər daxildir.
30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycan ərazilərində ekoloji mühitdən danışmaq belə mümkün deyildi. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə bölgənin təbii ekoloji mühitin təhlükə altına almışdı. Azərbaycan ərazilərinin talan edilməsi, düşmənin bu torpaqlarda flora və faunanı məhv etməyi bütün Qafqazın ekoloji durumuna mənfi təsir göstərib.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi