"Mavi Dünyam" adlı tədbir keçirildi

  Təlimə Dəstək Mərkəzi Autizm maarifləndirmə ayı çərçivəsində Autizm spektr pozuntusu olan uşaqlara həsr edilmiş "Mavi Dünyam" adlı tədbir keçirildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Təlimə Dəstək Mərkəzinin direktor səlahiyyətlərini müvvəqəti icra edən Anar Mustafazadə tədbirdə bu kimi tədbirlərin təşkilinin inklüziv cəmiyyətin inkişafı üçün vacib olduğunu vurğuladı. Təlimə Dəstək Mərkəzinin metodistləri Rəna Süleymanova və Esmira Kazımovanın birgə təşkilatçılığı ilə 214, 96, və 36 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri Təlimə Dəstək Mərkəzinə dəvət olundu.
Tədbir iki hissədən oldu.
Birinci hissədə Esmira Kazımova və 36 saylı tam orta məktəbin korreksiyaedici pedaqoqu Güldəstə Hüseynova autizm spektr pozuntusu haqqında şagirdlərə ətraflı məlumat vermiş, ikinci hissədə şagirdlərə interaktiv çalışmalar verilmişdi. Burada əsas məqsəd məktəblər və şagirdlər arasında əməkdaşlığı gücləndirmək, əlilliyi olan uşaqlara qarşı empatiya hissini artırmaq idi.
İkinci hissədə 36 saylı məktəbin psixoloqu Sücayət Əliyeva, 96 saylı məktəbin psixoloqu Sevinc Abdullayeva, 214 saylı məktəbin psixoloqu Günel Cəfərova interakriv tapşırıqlarla şagirdlərdə maraq oyatmağı bacardılar.Tədbir aprel ayı boyunca inklüziv təhsil sinifləri olan məktəblərdə keçirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi