“Yaşıl dünya naminə həmrəylik ili” layihəsi çərçivəsində təşkilat saatı

“Yaşıl dünya naminə həmrəylik ili” layihəsi əsasında məktəbin 2a sinif şagirdləri müəllimləri Naidə Hüseynovanın rəhbərliyi ilə təşkilat saatı keçiriblər. Təşkilat saatında yaşadığımız dünyanın, bizi əhatə edən maddi aləmin son dərəcə gözəl, zəngin və rəngarəng olmasından danışılıb. Qeyd edilib ki, təbiət bizim hamımızın anasıdır. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və faunasını qorumalıyıq.

Həmçinin təşkilat saatında siniflərində göz oxşayan dibçəklərin həyatımızdakı rolundan və onlara necə qulluq etmək lazım olduğundan danışılıb. Daha sonra isə şagirdlər əldə etdikləri məlumatlar əsasında dibçəklərə qulluq ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi