"Heydər Əliyev və Azərbaycan tarixi” inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib

Məktəbimizdə Ulu öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan tarixi” inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. Əvvəlcə qonaqlarməktəbin həyətində ”Yaşıl dünya naminə həmrəylik “ ili ilə əlaqədar 7 ədəd Xan cinar ağacı əkdilər. Məktəbin fəxrlə adını daşıdığı Vüqar Sadıqovun büstü önünə gül dəstələri qoyulduqdan sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.

Müsabiqə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra isə şagirdlər ədəbi-bədii kompozisiyalar, milli rəqslər nümayiş etdiriblər. 

Müsabiqədə  Nizami rayonu üzrə 23 orta ümumtəhsil məktəbi iştirak edib. 5 mövzu üzrə 90 inşa təqdim edilib. Komissiyanın rəyinə görə 17 iş müzakirə üçün yekun mərhələyə çıxarılıb.

Sonda məktəbimizin direktoru Fəttah Fəttayev, Bakı Şəhəri İcra Hakimiyyəti aparatının İctimai-siyasi, humanitar və dini məsələlər üzrə şöbə müdiri Elmin İmanov, Nizami rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müavini Bəhmən Hüseynov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və onun müqayisəyə gəlməz xidmətlərindən danışıblar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi