"Zəfərə gedən yolun başlanğıcı” mövzusunda dəyirmi masa

Aprel döyüşlərinin 8-ci il dönümünə həsr edilmiş dəyirmi masa təşkil olundu. Dəyirmi masada ADPU məktəbimizdə pedoqoji təcrübədə olan tələbələri və şagirdlər iştrak etdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilidi. Daha sonra bildirilib ki, Aprel döyüşləri 2016-cı ilin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətdə atəşə tutması nəticəsində 4 gün davam edən hərbi münaqişədir. Aprelin 5-i Azərbaycan ordusunun üstünlüyü ilə yenidən atəşkəs elan olunub.  

Aprel döyüşləri bir neçə il sonra əldə edilən tarixi Zəfərin başlanğıcı oldu. Ümumiyyətlə, müasir hərb tariximizin qəhrəmanlıq səhifəsi olan Aprel döyüşləri Prezident İlham Əliyevin sərkərdəliyi altında uğurlu olmaqla yanaşı, həm də düşmənə son otuz ildə endirilən ən ağır zərbə oldu. Pərən-pərən salınan düşmən ordusu qəhrəman əsgərlərimiz qarşısında miskin duruma düşdü. Ermənistan hərbi ekspertləri 44 günlük müharibədən sonra etiraf etdilər ki, onların məğlubiyyətinin əsası 2016-cı ilin aprelində qoyuldu. Dəyirmi masada şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, Aprel döyüşləri haqqında məlumatlar verdilər. Sonda videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi