“Müqəddəs varlıqlar” analara həsr olunmuş tədbir

09.03.2024 cü il tarixində, 214 nömrəli məktəbin 2"ə" sinifində Əhmədova Leyli Əli qızının rəhbərliyi altında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ”Müqəddəs varlıqlar” analara həsr olunmuş tədbir keçirildi. Tədbir boyu şagirdlər şeirlər söyləyib, mahnılar oxudular, müxtəlif oyunlarda iştirak edib, analar üçün hədiyyələr qazandılar. Şən və eyni zamanda bizləri və evladlarımızı düşündürən çoxlu məqamlar yaşadıq. Anaların nə qədər fədakar və əvəzsiz nemət olduğunu uşağlara bir daha xatırladıb, asan dildə çatdırdıq. Eyni zamanda, təlim və tərbiyə daşıyan bu tədbirin cəmiyyətimizə xeyirli övladların yetişməsində böyük rolu oldu.