1 Mart Ümumdünya Mülki Müdafiə Günü

 

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.

Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Bu məqsədlə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Tural Taqıyev və hərbi rəhbəri Vidadi Bədirovun təşkilatçılığı ilə 1 Mart Mülkü Müdafiə Günü haqqında maarifləndirici seminar keçirilib. Şagirdlərə əyani surətdə fövqəladə hallar baş verdiyi zaman necə davranmaq lazım olduğu nümayiş etdirib. İstər müharibə, istərsə də dinc şəraitdə əhalinin müdafiəsinin başlıca vəzifə olduğunu bildirib. Sonda şagirdlərə videoçarxlar nümayiş etdirilib.Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və bu vəziyyətdə şagirdlərin zəruri davranış qaydaları ilə təlimatlandırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi