"Xocalıya qayıtmışıq" adlı ədəbi bədii kompozisiya

Fevralın 26-da  məktəbin Fəaliyyət planına uyğun olaraq Xocalı faciəsnin otuz ikinci ildönümünə həsr olunan "Xocalıya qayıtmışıq" adlı ədəbi bədii kompozisiya təşkil edildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideyinlər və şagirdlər iştirak edirdi. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər faciənin bütün dərinliklərini özündə əks etdirən səhnəciklər nümayiş etdirdi, şeirlər səsləndirdilər. Şagirdlərimiz göz yaşları ilə səsləndirdikləri şeirləri, yaşayaraq yaratdıqları səhnəcikləri tədbir iştirakçılarında dərin hisslər oyatdı. Tədbir gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, tarixi hadisələrə düzgün rəy vermək bacarığı formalaşdırmaq, onlardabvətənpərvərlik ruhunu yüksəltmək milli qürur, milli iftixar hissini aşılamaq məqsədilə keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi