"Ana dili hər bir xalqın milli kimliyidir" mövzusunda təşkilat saatı

Məktəbin 2b sinif müəllimi İradə Mehdiyevanın rəhbərliyi ilə “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda təşkilat saatı keçirilib. İradə müəllimə ana dilimiz haqqında geniş məlumat verərək bildirib ki, Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Şagirdlər mövzu ətrafında şeirlər səsləndirib, təqdimatlar hazırlayıb, rəsmlər çəkiblər. Təşkilat saatının keçirilməsində məqsəd “Dilimizi qoruyaq” layihəsinin icrası, şagirdlərə ana dilimizin tarixini aşılamaq, dilimizə olan marağın, sevginin artırılması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi