Beynəlxalq Ana Dili Günü

Məktəbdə 21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə əlaqədarAzərbaycan dili və ədəbiyyat müəllimi Asimə Qubadovanın rəhbərliyi ilə tədbir keçirildi. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir. Tədbirdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirildi, ana dilimizə həsr edilən şeirlər söylənildi. Asimə müəllimə çıxış edərək, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə ana dilinin qorunması və zənginləşdirilməsi məsələlərinin həmişə önəmli yer tutduğu qeyd edib. Ulu öndərimiz Heydər Əliyevin ana dili haqqında söylədiyi ibrətamiz kəlamları səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi