Pedaqoji Şura iclası keçirildi

Valideyn komitələri nümayəndələri, müəllimlər  və şagirdlərin iştirakı ilə Pedaqoji Şura iclası keçirildi. İclas məktəbin sosial, ictimai işlərində aktiv dəstək verən kollektiv üzvlərinin, Respublika Fənn Olimpiadalarının şəhər mərhələsində uğur qazanmış şagirdlərin rəğbətləndirilməsi ilə başladı. Pedaqji şura valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunması , eləcə də 1-ci yarımil qiymətləndirmə nəticələrinin müzakirə edilməsi ilə davam etdi. Məsələlər ətrafında öncə məktəbin direktoru Fəttah Fəttayev, daha sonra isə təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçı çıxış etdilər. Daha sonra isə risk qrupuna daxil olan şagirdlərin müəyyənləşdirilməsi və məktəb psixoloqlarının onlarla apardığı işin, məktəbdə təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin, növbətçiliyin, müəllim və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə qarşılıqlı əməkdaşlığın artırılması, etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin davamlı tətbiq olunması qərara alındı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi