“Tariximizin şanlı səhifəsi” adı təşkilat saatı keçirildi

“Tariximizin şanlı səhifəsi” adı altında təşkilat saatları keçirilib. Təşkilat saatInda 2e sinif rəhbəri Nina Əhmədli Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlərə geniş məlumat verib.
Qeyd edilib ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunub. Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, oyanışın əyani təcəssümü idi. Vətən övladlarının qəhrəmanlığı şagirdlərə əsl vətənpərvərlik nümunəsidir.
Şagirdlər qruplara bölünərək təqdimatlar hazırlamış, qanlı faciə haqqında fikirlərini bildirmişdilər. Sonda 20 Yanvar faicəsini özündə əks etdirən videçarx nümayiş olundu.
Təşkilat saatının keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.