“20 Yanvar- Azadlığa gedən yolun zirvəsi” mövzusunda xüsusi dərslər keçirildi

20 Yanvar faciәsinin 34-cü ildönümü ilә əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tәdbirlәr planına uyğun olaraq “20 Yanvar- Azadlığa gedən yolun zirvəsi” mövzusunda xüsusu dərslər keçirildi. Qeyd edildi ki, o gecənin qaranlığında doğulmuşdu ən işıqlı arzular. Azərbaycan xalqı o gecə bu günü xəyal edərək evlərindən çıxıb küçələrə axışmışdılar. Xalqımız Zəfərin şərəfinə yalın əllə tanklara meydan oxumus və gələcək üçün əl-ələ vermişdilər. Əslində biz o gecə zəfərə yürümüşdük. Bu əllər sonra Dəmir yumruğa çevrildi. Bu əllər sonra sevgi səpdi Bakıdan Qarabağacan. Bu qərənfillərdə daha Xarıbülbülü sığallayacaq.
20 Yanvar şəhidlərini qürurla anırıq!