“Tariximizin şanlı səhifəsi” mövzusunda dəyimi masa

Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsivə Azərbaycan Dövlət Himninin səslənirilməsi  ilə başlayan tədbirlərdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.Tədbirdə Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Arzu Alışqızı, tarix müəllimi Sərhəd Məhərrəmov çıxış edərək qeyd etdilər ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. üzərindən 34 il ötməsinə baxmayaraq bu tarix  xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığı, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacaq.  Xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanmalı olduğu şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər, faicəsini özündə əks etdirən videçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi