Ulu Öndər Heydər Əliyevə həsr edilmiş xüsusi dərslər tədris edilib

Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümüə həsr edilmiş xüsusi dərslər tədris edilib. Dərslərdə Umummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ömrünü xalqına,  Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən Heydər Əliyev dühasını daha dərindən dərk etmək baxımından yaradılmış bir imkandır. Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi