"Daim qəlblərdə yaşayacaq insan” adlı tədbir

Bu gün müasir, müstəqil Azərbaycanın Respublikasının memarıvə qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızınUmummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Ulu Öndərin əziz xatirəsini yad etmək məqsədilə “Daim qəlblərdə yaşayacaq insan” adlı tədbir keçirildi. Tədbirlərdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiridilər. Həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar təqdim olundu. Tədbirdə Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Arzu Alışqızı, tarix müəllimi Sərhəd Məhərrəmov çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasətindən danışdılar. Həmçinin Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüzün bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi