"Peşələr Festivalı" keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətindən biri də əmək bazarında mövcud vəziyyəti izləmək, peşə və ixtisaslar üzrə çağırışlara uyğun təkliflər vermək, vətəndaşlar, xüsusilə yeniyetmə və gənclər arasında müasir əmək bazarının tələbləri, zəruri peşə və ixtisaslar barədə marifləndirmə işləri aparmaqdan ibarətdir.
Bu məqsədlə həyata keçirilən ardıcıl və sistemli fəaliyyətin davamı olaraq müasir əmək bazarında aqtual olan peşə və ixtisasların tanıtım və təbliğatı məqsədilə “Peşələr festivalı” keçirilib. "Öyrən, Əylən, Peşəni seç!" devizi altında keçirilən festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır. Festivalda 214 nömrəli məktəbin şagird və müəllim kollektivi də iştirak edib.
İştirakçılar festivalda müasir əmək bazarının tələbləri ilə tanış olub, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşüb, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olub, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalanıblar.