Valideynlərlə görüş

Valideynlərlə məktəbin missiyasından biri də uşaqların təhlükəsiz şəraitdə sağlam böyüməsinə şərait yaratmaq, uşağa özünü və başqalarını tanımağa kömək etmək məqsədi ilə tədbir keçirilmişdir. Ümumi sağlamlığımızın bir qolu olan reproduktiv sağlamlığın əsası uşaq yaşlarından qoyulur və onun nəticəsi insanı bütün ömrü boyu təqib edir. Lakin sağlamlıq və sağlam həyat tərzi anlayışları uşaq və yeniyetmələr üçün hələ dərin məna kəsb etmir, bu yaşda insan sağlamlıq barədə heç düşünmür. Onların başqa prioritetləri vardır: dünyanı öyrənmək və bu dünyada öz yerlərini müəyyən etmək. Biz böyüklər anlayırıq ki, sağlamlıq sonsuz deyil – o da təbii resurslar kimi tükənir. Təbiəti vəhşicəsinə talamaq kimi sağlamlığı şüursuz şəkildə təhlükəyə atmaq da yolverilməzdir. Vaxtında lazımi informasiya almayan gənc qız və oğlanlar ailə həyatı qurandan sonra bir sıra problemlərlə üzləşirlər. Çox zaman bu problemlərin əsas səbəbi nadanlıq olur. Dünya pedaqoji praktikasında şagirdlərə reproduktiv sağlamlıq barədə vaxtında zəruri məlumat vermək təcrübəsi geniş yayılmışdır. Biz də bu məsələyə diqqət yetirməyi vacib bilirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi