"Qarabağ Azərbaycandır!” adlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ''27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü'' ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə 08.09.2021-ci il tarixli F -191 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin tədbirlər planına müvafiq olaraq “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilb. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Zəfər Günü”nə həsr edilmiş şeirlər səsləndirilib, mahnılar oxunub. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun zəfər yürüşü barədə hazırlanmış video-carxlar nümayiş etdirilib.

Ədəbi-bədii hissədən sonra məktəb direktoru Fəttah Fəttayev, müəllimlər çıxış ediblər. Çıxışlarda Azərbaycanın müasir tarixində fəxarətlə, qürurla anılan Zəfər Günü barədə danışılıb. Bildirilib ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi