"Mən və mənim əhatəm" başlığı altında məşğələlər keçirilib

Məktəbin 8-ci sinif şagirdləri ilə məktəbin psixoloqları Günel Cəfərova və Muxsa Əzizova  "Mən və mənim əhatəm" başlığı altında məşğələlər keçirib. Məşğələ “Mən kiməm?” fəaliyyəti ilə başladı. Bunun üçün hər bir şagird kağızda ad və soyadını yazır, kağızlar qarışdırılır və hər kəs birini götürərək kağızda adı yazılmış şagird haqda suallar əsasında qısa xasiyyətnamə yazır.Əgər kiməsə öz adı yazılmış vərəq düşərsə, özü haqda yazır. Daha sonra vərəqlər sahiblərinə ötürülür və hər kəs onun haqqında yazılanları oxuyur. Bu fəaliyyət insanların səni necə gördüyünü göstərir. Nəticədə insanların səni necə qəbul etdiklərini, hansı xarakterik cizgilərinin olduğunu öyrənirsən, davranışındakı hansı xüsusiyyətlərinə görə insanları cəlb etdiyin və ya özündən uzaqlaşdırmağın haqda tam təsəvvürə malik olursan.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi