Məktəbdə...” layihəsinin qonağı Şahbaz Xuduoğlu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı yazıçı, tərcüməçi, “Qanun”Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu olub. 

Yazıçı məktəb illəri ilə bağlı xatirələrindən,  mütaliə mədəniyyətini formalaşdıran amillərdən, kitabların həyatımızdakı rolundan, ünsiyyət bacarıqlarının formalaşmasında mütaliənin müsbət  təsirlərindən danışdı. 

Mütaliənin ən böyük mədəniyyət olduğunu bildirən Ş.Xuduoğlu vətənpərvərlik tərbiyəsinin aşılanmasında digər təbliğat vasitələri ilə bərabər kitabların əhəmiyyətindən, bədii qəhrəmanların insan həyatına təsirlərindən, yeniyetmə və gənclərin ən çox maraq göstərdiyi ədəbi janrlardan, daha çox müraciət etdikləri müəlliflərdən bəhs edib. Qonaq, həmçinin mədəni mühitin formalaşmasında gənclərin rolundan bəhs edib, nəsillərarası münasibətlər məsələsində tərəflərin mövqeləri barədə fikirlərini bildirib, şagirdləri düşündürən suallara aydınlıq gətirib. Sonda yazıçı məktəblilərə kitablar hədiyyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi