Cəbrayıl Şəhəri Günü-adlı ədəbi bədii kompozisiya

Bu gün Cəbrayıl Şəhəri Günüdür. 04 oktyabr 2023-cü il ilk dəfədir ki, Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi  tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Bu məqsədlə məktəbimizin 2a sinif müəllimi Nahidə Hüseynovanın təşkilatçılığı ilə “Cəbrayıl Şəhəri Günü”-adlı ədəbi bədii kompozisiyatəşkil olundu. Şagirdərin ifasında vətənpərvərlik şeirləri səsləndirildi , mahnılar oxundu. Sonda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl şəhərinə səfərlərindən və quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi