Məktəbdə "Ekologiya və İqtisadiyyat" aylığı keçirilir.

Bildiyimiz kimi, 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Bu hədəf adı altında müxtəlif ekoloji layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.2016/2017-ci tədris ilinin yanvar ayından etibarən başlayan “Ekoloji aylıqlar” layihəsi bunlardan biridir. Yanvar ayı “Ekologiya və İqtisadiyyat” aylığı elan olunmuşdur. Artıq məktəbimizdə də bu istiqamətdə işlər görülməkdədir. Şagirdlərimizin əl işlərindən ibarət sərgi və divar qəzetləri hazırlanaraq məktəbin foyesində sərgilənir.