İlk dərslər 27 sentyabr "Anım Günü"

Bu gün Respublikamızın bütün ümumtəhsil məktəblərində ilk dərs saatları 27 Sentyabr - Anım Gününə həsr olunub. Dərslərdə bildirilib ki, bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. 27 Sentyabr - Anım Günü olmaqla yanaşı eyni zamanda Zəfərə gedən yolun başlanğıcıdır. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir. Dərslərdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş və  döyüş səhnələrini əks etdirən videoçarxlar nümayiş olundu. Dərslərin keçirilməsində əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə şagirdləri maarifləndirmək, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi