Bilik Günü

Sentyabrın 15-də paytaxtın ümumi təhsil müəssisələrində birincilər üçün “İlk zəng” çalınıb. “Bilik günü” münasibətilə təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri açıq elan edən məktəbin direktoru Fəttah Fəttayev yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri və müəllimləri təbrik edib, onlara Azərbaycanın layiqli vətəndaşları olmağı arzulayıb. Tədbirlərdə birincilərin iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirilib.