Pedaqoji Şura iclası keçirildi

14 sentyabr tarixində məktəbimizdə 2023-2024-cü tədris ilinin ilk Pedaqoji şurası keçirildi. Pedoqoji şuranın katibi Fəttah Fəttayev gündəlik də duran məsələləri şura üzvlərinin nəzərinə çatdırdı və geniş müzakirə aparıldı.Yeni gələn müəllimlər pedoqoji kollektivlə tanış edildi. Şura üzvlərinin çıxışları və təklifləri dinlənilib, gündəlikdə olan məsələlər ilə bağlı qərarlar qəbul edildi. Məktəbin direktoru Fəttah Fəttayev nəzərdə tutulan hədəf və istiqamətlər barədə də çıxış edib, vacib məsələləri kollektivin nəzərinə çatdırdı.Təhsilin keyfiyyətinin artırılmasının və müəllimlərin peşəkarlığının yüksəldilməsinin vacibliyini vurğuladı.