Son zəng tədbiri keçirilib

İyunun 14-ü Azərbaycan Respublikasının Ümumtəhsil məktəblərində "Son Zəng" günü qeyd olunur. Tədbir öncə məktəbin XI sinif şagirdlərinin səhnəyə dəvət olunması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət himnini səsləndirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Fəttah Fəttayev məzun olan şagirdlərə uğurlar arzulayaraq məktəbin fəaliyyətindən və nailiyyətlərindən danışıb. Son zəng tədbirində məktəbin XI sinif şagirdləri müxtəlif rəqs nümunələri, ədəbi kompozisiyalar  nümayiş etdirib, ürək sözlərini deyiblər. Sonda isə XI siniflər üçün son zəng çalınıb, onlar  müəllimlərlə sağollaşıb və məktəb həyatı ilə vidalaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi