“Heydər Əliyev və ümumtəhsil sahəsindəki nailiyyətlər” mövzusunda konfrans

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tarix müəllimlərinin “Heydər Əliyev və ümumtəhsil sahəsindəki nailiyyətlər” mövzusunda konfransı keçirilib. Konfransda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və tarix müəllimləri iştirak edib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tarix müəllimləri çıxış edib. Çıxışlarda Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri haqqında geniş məlumat verilib. Ulu öndərin həyatından bəhs edən videoçarx izləndikdən sonra məktəbin direktoru Fəttah Fəttayev Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətlərdən bəhs edib.