Asfalt üstü rəsm müsabiqəsi keçirildi

"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə "Asfalt üstü rəsm" müsabiqəsi keçirildi.Mayın 31-də baş tutan yarışmada 6-cı sinif şagirdlərindən təşkil olunmuş 6 komanda asfalt üzərində müxtəlif rəsmlər çəkdilər. Müsabiqədə müxtəlif rəngli təbaşirlərdən istifadə edildi. Şagirdlər asfalt üzərində sülh, vətənpərvərlik, dostluq mövzularında rəsmlər çəkdilər. Sonda komandalar məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.