Şəhid Hikmət Səfərovun xatirəsi yad edidi

4a sinif şagirdləri müəllimləri Səadət Həsənovanıntəşkilatçılığı ilə şəhid baş leytenant Səfərov Hikmət İldırım oğlunun xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Vətən uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 3a sinif şagirdi Duyğu Səfərova əmisi şəhid baş leytenant Hikmət Səfərovun əziz xatirəsinə həsr etdiyi ilk rəsm sərgisinə baxış keçirildikdən sonra söz məktəbin direktoru Fəttah Fəttayevə verildi. Fəttah müəllim çıxış edərək söylədi ki, Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla, bəlkə də, yüzlərlə insanın canını xilas edən oğullarımıza hər zaman borcluyuq. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Tədbirdə şəhid ailə üzvləri onunla bağlı xatirələrini bölüşdülər. Sagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya iştirakçıları duyğulandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi