28 May Müstəqillik Günü qeyd edildi

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

Müstəqillik Günü artıq 3 ildir ki, Azərbaycanda işğaldan azad olunan Qarabaq torpağında da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur. Bu məqsədlə məktəbimizdə 26 may tarixində “28 may –Müstəqillik Günüdür”adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranma tarixi və fəaliyyəti  haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müasir Azərbaycanın dövlətçilik yolunu bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi