"20 Yanvar faciəsi-qəhrəmanlıq səlnaməsidir" adlı inşa yazı müsabiqəsi

Məktəbin İllik Fəaliyyət PLanının 1.3.16-cı bəndinə müvafiq olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və Ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə 20 YANVAR şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlərimizə start verilmişdi. Bu gün şagirdlərin iştirakı ilə "20 Yanvar faciəsi-qəhrəmanlıq səlnaməsidir" adlı inşa yazı müsabiqəsi keçirildi.