Sağlam qida mövzusunda marifləndirici seminar

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə 16 may 2023-cü ildə məktəbdə sağlam həyat tərzi, sağlam qidalanmanın və fiziki aktivliyin əhəmiyyəti, zərərli vərdişlərin orqanizmə mənfi təsirlərinə dair maarifləndirici tədbir keçirildi.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verdi, gənc nəslə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmaq tövsiyə olundu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, erkən yaşlardan başlayaraq sağlamlığın qayğısına qalmağın əhəmiyyətindən danışdı, sağlam həyat tərzi seçərək bir çox xəstəliklərdən qorunmağın mümkün olduğunu vurğuladı. Yekunda iştirakçıların sualları cavablandırıldı və onlara maarifləndirici materiallar paylanıldı.