Fövqaladə hallar zamanı nə etməli?” mövzusunda seminar

Heç kəs fövqəladə hallardan sığortalanmayıb. Sağ qalmağın başlıca yolu öncədən tədbir görməkdir. Bəs hansı tədbirlər görülməlidir? Bu məqsədlə16 may tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məktəbimizdə şagirdlərlə görüş təşkil etdilər. Görüşdə Fövqəladə Hallar Nazirliyininəməkdaşları mövzu ətrafında şagirdlərə məlumat verərək, video çarx nümayiş etdirdilər.