Narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilib

05 may 2023-cü il tarixində məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və iştirakı ilə “Narkomaniyaya yox deyirik!”  mövzusunda maarifləndici tədbir keçirilib. Tədbirdə  Nizami Rayon Polis İdarəsinin rəisi,  polis polkovniki Ziya Əliyev, Nizami RPİ-nin Veteranlar Şurasının sədri Firdovsi Bayramov, Nizami RPİ-nin YYÇPİTB-nin rəisi, polis mayoru Natiq Yusifov və məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırmışlar.

Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılmış, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq izahatlar verilmişdir.Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi