Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Texnologiya Günü" tədbiri

Azərbaycan Pedaqoji Universitetinin Fizika fakültəsinin təcrübəçi tələbələri məktəbimizdəÜmumilli lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “Texnologiya günü” adı tədbir keçirib. Tədbirdə YAP Nizami rayon təşkilatının nümayəndəsi Selcan Novruzova, Fizika fakültəsinin dekanı Arzu Daşdəmirov, dekan müavini Xankişi Məmədov, Niyazi Qasımov, təcrübəçi tələbələrin metodisti b/m Əsmət Teymurova, məktəbin direktoru Fəttah Fəttayev, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak ediblər. “Texnologiya günü”nə həsr olunmuş şərgidə texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan təcrübəçi tələbələrin və şagirdlərin hazırladıqları əl işləri: müxtəlif materiallardan dizayn edilmş modellər, kulnariya məhsulları nümayş etdirilib. Tədbirdə Azərbaycan Respublikasının himni səsləndirilib . Sonra Heydər Əliyevin və torpaqlarımızın azadlıqı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan bədiihissədə tələbələrin, məktəb şagirdlərinin hazırladıqları şeyrlər, mahnılar, rəqslər iştirakçılara xoş təsir bağışlayıb. Tədbirin yekununda Ulu Öndərə həsr olunmiş video çarx nümayiş etdirilib.