"Bir damcı” kampaniyası çərçivəsində maarifləndirici təlim

Ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində məktəbimizdə maarifləndirici təlimlər keçirildi. Qeyd edək ki, layihənin təşkilatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Su Ehtiyatları Agentliyidir. 03 may tarixindəlayihə təşkilatçıları 214 nömrəli tam orta məktəbə səfər edərək 6-ci sinif şagirdləri ilə görüblər. Təlim zamanı şagirdlərə sudan qənaətlə istifadənin vacibliyi barədə təqdimatlarla nümayiş etdirib, onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir damcı” kitabı və müxtəlif hədiyyələr təqdim ediblər.Sonda “Məktəbdə, evdə necə suya qənaət etmək olar?” sualı ətrafında şagirdlərin fikirləri dinlənilib.