Vüqar Sadıqovun əziz xatirəsi yad edildi

Nizami rayonu 214 nömrəli məktəbin fəxrlə adını daşıdığı Vüqar Sadıqovun doğum günü ilə əlaqədar 2ç sinif şagirdləri müəllimləri Sevinc Süleymanovanın təşkilatçılığı ilə şəhidimizin abidəsi qarşısında toplaşdılar. Vüqar Sadıqovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra abidə önünə tər qərənfillər düzdülər. Məktəbimizin təşkilatçısı Arzu Alışqızı Vüqar Sadıqovun həyat və döyüş yolu haqqında şagirdlərə ətraflı məlumat verdi. Sinif müəllimləri qeyd etdi ki, 1994 –cü il yanvarın 13-də Yuxarı Salahlı uğrunda gedən döyüşlərdə Vüqar Sadıqov qəhrəmancasına şəhid olmuşdur. Yanvarın 15-də onun cənazəsi valideynlərinə təhvil verilmişdir. 2002-ci ildən məktəbimiz vətənimizin şəhid oğlu Vüqar Sadıqovun adını daşıyır. Xalqımız öz qəhrəman oğulları ilə fəxr edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi