novruz bayrami

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruz günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur, bu bayramı kosasız təsəvvür etmək mümkün deyil . 214 nömrəli məktəbin şagirdləri də qədim adət-ənənələri yaşadaraq “Səməni, saxla məni, ildə göyərdərəm səni ” adlı tədbir keçirmişlər. Tədbirdə milli rəqslər oynanılmış, səmənilər nümayiş etdirlimiş, yuxa yayılmış, saz çalıb şeir söyləmişlər.